Rusiya Silahlı Qüvvələrinin Ukrayna ərazisinə endirdiyi raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.
Bildirilib ki, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb.
Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda xəsarət alanların olduğu bildirilir.
***
10:55
Rusiyanın raket hücumu ilə əlaqədar bütün Ukrayna ərazisində hava həyəcanı elan olunub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Bildirilib ki, Rusiya hərbçilərinin atdığı raketin Zaporojyedə yaşayış ərazisinə düşməsi nəticəsində 2 nəfər yaralanıb, Krivoy Roqda isə raketin ticarət mərkəzlərindən birinə düşərək yanğın yaranıb, ciddi xəsarət baş verib.
***
08:41
Yanvarın 8-i səhər saatlarında Rusiya ordusu Ukrayna ərazisinə yenidən raket hücumu edib.
Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin məlumatında bildirilir.
Qeyd olunub ki, Olenya aerodromundan (Murmansk vilayəti) 9 Tu-95MS və 4 Tu-22M3 təyyarəsi səmaya qaldırılıb.
"Ümumilikdə 11 Tu-95MS strateji bombardmançı təyyarəsi havadadır", - departament əlavə edib.
Murad Məmmədli
Bakı 




