Ukraynanın bütün bölgələrində hava hücumu xəbərdarlığı elan edilib.
Bakıvaxtı.az bu barədə UNİAN-a istinadla xəbər verir.
Məlumata görə, Rusiya ordusu Ukrayna ərazisinə raketlər atıb, qanadlı raketlərin ilk qrupu Sumı bölgəsində görünüb.
Ukrayna Hərbi Hava Qüvvələri bildirib ki, raketlər Poltava vilayətinə doğru istiqamətlənib.
Ukrayna Silahlı Qüvvələri Poltava sakinlərini sığınacaqda gizlənməyə çağırıb.
Murad Məmmədli
















