İsrail qüvvələri çoxlu sayda fələstinlini həbs edib.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, İsrail ordusu bu gecə İordan çayının qərb sahilində reydlər keçirib.
Bildirilir ki, İsrail qüvvələri Bəni Naim, Sair və Hebron yaxınlığındakı Əl-Ərub düşərgəsində 5 fələstinlini,Qalkiya şəhərində 3, Beytüllahm şəhərində 2,Nablus şəhərində isə üç nəfəri həbs edib.
Mina Mikayılova
















