• Bakı 15° C

    1.05 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Boeing” hesabatı açıqlandı: Qapı niyə partladı?

DÜNYA

07 Fevral 2024 | 12:57

“Boeing” hesabatı açıqlandı: Qapı niyə partladı?

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası yanvar ayında Alyaska Hava Yollarına məxsus təyyarədə baş vermiş insidentlə bağlı apardığı araşdırmanın ilk nəticələrini dərc edib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, istifadə edilməmiş qapını gövdəyə bağlamaq üçün istifadə edilən dörd açar boltun əskik olduğu bildirilir. Hesabata cavab olaraq, “Boeing” baş verənlərə görə məsuliyyət daşıdığını bildirib.

“Boeing” şirkətinin prezidenti Deyv Kalhoun hesabatla bağlı açıqlama verib:

"Zavodumuzdan çıxan təyyarədə belə bir hadisə baş verməməlidir. Biz sərnişinlərimiz üçün daha yaxşısını etməliyik. Keyfiyyəti və maraqlı tərəflərimizin etibarını gücləndirmək üçün hərtərəfli plan həyata keçiririk".

Xatırladaq ki, hadisə Alyaska Hava Yollarının 1282 saylı reysi havaya qalxdıqdan bir neçə dəqiqə sonra baş vermişdi.

Hesabatda bildirilir ki, çatışmayan boltlar qapı panelinin yerindən çıxmasına və təyyarədən qopmasına səbəb olub.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026