• Bakı 13° C

    6.65 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Zalujnı Londona səfir gedir -TASS

DÜNYA

08 Mart 2024 | 11:35

Zalujnı Londona səfir gedir -TASS

Böyük Britaniyada Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Londondakı səfiri vəzifəsinə təsdiqi prosesi başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, TASS bu barədə krallıqdakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

“Əlahəzrət Kral III Çarlz Xarici İşlər Nazirinin tövsiyəsi ilə təyinatları rəsmi olaraq təsdiqləyir. İndi biz rəsmi təsdiq prosesinə başlayacağıq”, - mənbə bildirib.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski ölkə Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnının Ukraynanın Böyük Britaniyadakı səfiri vəzifəsinə təyin edilməsinə razılıq verib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR