• Bakı 12° C

    2.9 m/s

  • USD - 1.7

    EUR - 1.8707

    RUB - 2.0606

AB-dən İrəvana: Torpağınızda rus əsgərin olması...

DÜNYA

07 Aprel 2024 | 10:51 | Müəllif: Subhan Mahmudov

AB-dən İrəvana: Torpağınızda rus əsgərin olması...

Torpağınızda rus əsgərlərin, Rusiya FSB-nin və ya hər hansı digər Rusiya hüquq-mühafizə orqanının olmasını istəyirsinizsə, bu, sizin suveren qərarınızdır.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri AB-nin xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Piter Stano Brüsseldə “Azadlıq” radiosunun erməni redaksiyasına açıqlamasında deyib.

Ermənistanın Rusiyanın rəhbərlik etdiyi alyanslardan çıxmasının AB ilə münasibətləri gücləndirmək üçün zəruri olub-olmaması ilə bağlı sualı Stano belə cavablandırıb:

“AB “Bizimlə işləmək istəyirsənsə, bütün digər tərəfdaşlardan imtina etməlisən” deyən aktor deyil. “Ermənistan üçün ev tapşırığı daha çox islahatları davam etdirməkdir. Söhbət Ermənistanın siyasi və iqtisadi baxımdan AB-yə yaxınlaşmasından gedir. Və bu, əlbəttə ki, islahatlar üzərində işləməkdən ibarətdir: demokratik institutların gücləndirilməsi, zəruri iqtisadi islahatlar, qanunun aliliyinin təmin edilməsi, korrupsiyaya qarşı mübarizə. Ermənistanın bu istiqamətdə işi qiymətləndirilir. Ancaq həllini gözləyən problemlər var”

O bildirib ki, Ermənistan Rusiya ilə hansısa əməkdaşlığın öz maraqları üçün vacib, faydalı olduğuna inanırsa, AB siyasətlərinə, məsələn, bizim sanksiya siyasətimizə zidd olmamaq şərti ilə bunu edə bilər../axar.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Noyabr 2026