• Bakı 17° C

    5.8 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB

DÜNYA

07 May 2024 | 09:37

İsrail ordusu Rəfah keçid məntəqəsini ələ keçirib - YENİLƏNİB

İsrail ordusu bu gün səhər Qəzza zolağı istiqamətindən Rəfah keçid məntəqəsini ələ keçirib.

Bakıvaxtı.az “The Times of İsrael”ə əsasən xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

    Məntəqənin əsas yolunun ələ keçirildiyi, fəaliyyətini dayandırdığı bildirilib.

    “Əməliyyat zamanı 20-yə yaxın silahlı öldürülüb, üç vacib tunel aşkar edilib. Əməliyyatda indiyədək heç bir əsgər yaralanmayıb. Hazırda qoşunlar ərazidə axtarış aparır və əlavə tapşırıqlara hazırlaşır”, - məlumatda deyilir.

    Bundan başqa, HAMAS-ın Rəfahdakı 50-dən çox obyektinin də gecə ərzində İsrail Hərbi Hava Qüvvələri tərəfindən vurulduğu qeyd edilib.APA

    ***

    09:11

    İsrail Müdafiə Ordusunun zirehli bölmələri Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olub.

    Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti məlumat yayıb.

    Nəşrin yazdığına görə, İsrail ordusu Rəfahın şərqindəki HƏMAS hədəflərinə dəqiq zərbələr endirdiyini bildirib. Misir televiziya kanallarının nümayiş etdirdiyi "Rafah" nəzarət məntəqəsinə aid görüntülərdə atəş və partlayışlar, tankların, helikopterlərin səsləri eşidilir.


    SON XƏBƏRLƏR

    18 May 2024