• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum oldu

DÜNYA

05 Iyun 2024 | 22:37

BMT Baş Assambleyası prezidentliyinə yeni namizədin adı məlum oldu

BMT Baş Assambleyasının 79-cu sessiyasının prezidentliyə yeni namizədi açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, Kamerunun keçmiş baş naziri Filemon Yanq Baş Assambleyanın 79-cu sessiyasının sədrliyinə namizəd olub.

Baş Assambleyanın 78-ci sessiyasının prezidentinin sözçüsü Monika Qreyli bildirib ki, sabah Assambleyada növbəti 79-cu sessiyasının sədrini müəyyən etmək üçün 193 üzv dövlətin nümayəndələrinin iştirakı ilə gizli səsvermə keçiriləcək.

Sözçü əlavə edib ki, eyni gündə Baş Assambleyada BMT Təhlükəsizlik Şurasının 2025-2026-cı illər üçün beş müvəqqəti üzvünü müəyyyən etmək üçün də seçkilər keçiriləcək.

Qeyd edək ki, Baş Assambleya təşkilatın əsas siyasət orqanıdır. Assambleya bütün üzv dövlətləri özündə birləşdirərək, BMT-nin nizamnaməsi ilə əhatə olunan beynəlxalq məsələlərin tam spektrinin çoxtərəfli müzakirəsi üçün unikal platformadır.

BMT-yə üzv olan 193 dövlətin hər biri Assambleyada bərabər səs hüququna malikdir. Baş Assambleya BMT üçün əsas qərarlar qəbul edir, o cümlədən TŞ-nin tövsiyəsi ilə Baş katibin təyin edilməsi, müvəqqəti üzvlərin seçilməsini müəyyən edir.

Baş Assambleyanın qərarları tövsiyə xarakteri daşıyır, yəni hüquqi cəhətdən üzv dövlətlər üçün məcburi deyil. Assambleya hər ilin sentyabr-dekabr ayları arasında müntəzəm sessiyalarda toplanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026