• Bakı 11° C

    12.67 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukraynada məktəblilərin təhsil müddəti artırılacaq

DÜNYA

07 May 2024 | 06:48 | Müəllif: Gülşən Şərif

Ukraynada məktəblilərin təhsil müddəti artırılacaq

Ukrayna Ali Radasının deputatı, Təhsil, Elm və İnnovasiyalar Komitəsinin üzvü Sergey Babak ukraynalı məktəblilərin təhsil müddətinin 11 ildən 12 ilədək artırılacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, onun açıqlamasını “News.Live” yayımlayıb.

“Hazırda altıncı və ondan aşağı sinifdə oxuyanlar 12 il təhsil alacaqlar. Bu, böyük islahatdır”, - deyə o bildirib.

Siyasətçinin sözlərinə görə, bu təşəbbüs məktəblilərin oxuduqları fənlərin sayını azaltmaq və onların bir sıra ixtisas fənlərini seçmək məqsədi daşıyır.(qafqazinfo)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026