• Bakı 6° C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Hindistanda partlayış: Yaralananların sayı 174-ə çatdı 

DÜNYA

07 Fevral 2024 | 12:30

Hindistanda partlayış: Yaralananların sayı 174-ə çatdı

Hindistanın Madhya Pradeş ştatında pirotexnika fabrikində baş verən yanğında xəsarət alanların sayı 174-ə çatıb.  

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NDTV” kanalı məlumat yayıb.

Məlumata görə, polis zavodun iki sahibini saxlayıb. Onlara ittiham irəli sürülüb.

Partlayışın səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, dünən baş verən partlayışda 11 işçi həyatını itirib. Yaxınlıqdakı 60 ev dağılıb, daha yüz nəfərin sakini təxliyə edilib.

Hadisə yerinə 50-dən çox təcili tibbi yardım maşını və 400 yanğınsöndürən cəlb olunub.

Günəş Mərd 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026