Belçikanın 6 regional hökumətindən ikisi olan paytaxt Brüssel və Valloniya İsrailə həm mülki, həm də hərbi məqsədlər üçün istifadə edilə bilən mal, texnologiya və hərbi texnika ixracını qadağan etmək və tranzit lisenziyalarının verilməsini məhdudlaşdırmaq qərarına gəliblər.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə paytaxt Brüssel hökumətinin dövlət katibi Ans Persoons və Valoniya hökumətinin baş naziri Elio di Ruponun birgə mətbuat bəyanatında qeyd olunur. Bəyanatda İsrailə ikili təyinatlı malların ixracının da qadağan ediləcəyi vurğulanır.
Açıqlamaya görə, mal və texnologiyaların yalnız mülki məqsədlər üçün istifadə ediləcəyi sübuta yetirilməsə, hərbi potensialı gücləndirəcək xarakter daşısa, İsrailə ixracının qarşısı alınacaq.
Əlavə olaraq, İsrailə və işğal olunmuş ərazilərə göndəriləcək malların istehsalı üçün lisenziyalarda son dərəcə diqqətli olunmasının vacibliyi və müqavilədə tranzit lisenziyalarının da yer aldığı vurğulanıb.
Açıqlamada xatırladılıb ki, 2009-cu ildə qəbul edilən qərara əsasən, bu hökumətlər İsrailin hərbi imkanlarını gücləndirəcək heç bir texnika ixrac etməyiblər.
Ay Tac
















