• Bakı 18° C

    4.69 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

800 min dollarlıq heyvan qaçaqmalçılığı

DÜNYA

08 Yanvar 2024 | 16:00

800 min dollarlıq heyvan qaçaqmalçılığı

Avstraliyanın Yeni Cənubi Uels əyalətində (NSW) dörd nəfər, təxminən, 800 min dollar dəyərində yüzlərlə sürünən heyvanı Çinin Honq-Konq Xüsusi İnzibati Bölgəsinə qaçaqmalçılıq yolu ilə keçirməkdə ittiham edilib.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Honq-Konqa aparılması planlaşdırılan 59 kərtənkələdən ibarət 9 paket polis tərəfindən ələ keçirilib. Daha sonra qanunsuz heyvan ticarətini araşdırmaq üçün yaradılan əyalət polisinin “Raptor Komandası” əməliyyat keçirib.

Açıqlamada NSW əyalətində həftə ərzində həyata keçirilən basqınlar nəticəsində dəyəri 800 min dollara qədər olan 257 kərtənkələnin ələ keçirildiyi, 4 nəfərin isə sürünənləri Honq Konqa keçirməyə cəhddə günahlandırıldığı bildirilib.

Baş nəzarətçi Andrew Koutsoufis verdiyi açıqlamada qaçaqmalçılıq cəhdinin "qəddar" olduğunu və xaricə göndərilmək üçün kiçik qutularda saxlanılan kərtənkələlərin pis şəraitdə baxıldığını qeyd edib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026