Donetskdə Ukraynaya məxsus pilotsuz uçan aparatdan döyüş sursatının atılması nəticəsində 5 xilasedici yaralanıb.
Bakıvaxtı.az yerli mətbuata istinadla xəbər verir.
Məlumata görə, yanğınsöndürənlər Donetsk şəhərinin Petrovski rayonundakı mağazalardan birində baş verən yanğın siqnalına cavab verib və bu zaman pilotsuz təyyarənin hücumuna məruz qalıblar.
Onların müalicəsinin davam etdiyi bildirilir.
Mina Mikayılova
















