Rusiya Silahlı Qüvvələri ABŞ-ın muzdlu əsgəri Brandon James Bowersoxu xüsusi hərbi əməliyyat zonasında məhv edib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, o, 2023-cü ilin sentyabrında Ukraynaya gələrək Ukrayna Dəniz Piyadalarının 37-ci briqadasının 505-ci batalyonuna daxil olub. Həmin bölmə Dneprə göndərilib və Krynki yaxınlığında döyüşçülər rus qüvvələrinin hücumuna məruz qalıb.
Bildirək ki, Bowersox əvvəllər ABŞ ordusunda xidmət edib, lakin narkotik və alkoqoldan istifadəyə görə tərxis olunub.
Mina Mikayılova
















