Ermənistan Azərbaycana qarşı soyqırımı və etnik təmizləmə kimi cinayətlər törədib. Əsir və girov götürülmüş azərbaycanlılar ermənilər tərəfindən kütləvi qətlə yetirilib.Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində, Birinci Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb.
Otuz ildir, bu şəxslərin taleyi barədə heç bir beynəlxalq təşkilat araşdırma aparmayıb və bu məsələ hələ də həllini tapmır.
Məsələ ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Tahir Kərimli bildirib ki, Ermənistan tərəfi daim onlarda bu sayda əsir və girovların olmasını inkar edir: “Azərbaycan tərəfi həmişə bu statistik rəqəmləri beynəlxalq təşkilatlara təqdim edib, komissiya dəfələrlə elan edib və bütün dünya bunu bilir. Əlbəttə bunun uzun illər ərzində məsələ ilə məşğul olunmamasını mən siyasətdə, İslamafobiya, Türkəfobiya və Azərbaycanafobiyada görürəm. Otuz ildir ki, ərzində bizim dəfələrlə qaldırdığımız məsələyə iynənin ucu qədər reaksiya yoxdur, amma biz öz torpaqlarımızı alan zaman Fransa kimi dövlətlər ayağa qalxdı. Lakin heç kim şübhə edə bilməz ki, Azərbaycan əsir və girovlarına orda işgəncə veriblər, öldürüblər. Milli Məclisdə bununla bağlı məsələ qaldırmışdıq ki, ermənilər nəinki yaşlı insanlar, hətta uşaqlardan da orqan ticarətində donor kimi istifadə edib. Mən Milli Məclisin komitə və plenar iclaslarında dəfələrlə bu məsələni qaldırmışam. Buna heç kim şübhə edə bilməz, çünki ermənilərin vəhşilikləri bütün dünyaya məlumdur. Əgər onların xalq yazıçısı bir tür uşağını diri-diri divara mismarlamağı ilə fəxr edirsə, o xalqdan başqa nə gözləmək olar?! Hər bir halda biz torpaqlarımızı işğaldan azad etmişik və orda kütləvi-toplum qəbirstanlıqlar meydana gəlib. Heç şübhəsiz, itkin düşmüş, əsir və girov vətəndaşların canlı və ya cansız şəkildə izləri tapılacaq”.

Sədr müavini bildirib ki, ötən günlərdə hərbiçimiz Cəmil Babayevin öz ərazimizdə ermənilər tərəfindən həbs olunması isə biabırçılıqdır: “Bu, sadəcə birabırçılıqdır. Hələ sentyabrın 2-də də ermənilər Xankəndində qondarma “müstəqillik günü” keçirəcək. Onlar kimdir ki, mənim ərazimdə özlərinə sərhəd qurur və mənim hərbiçimi sərhədi keçdiyinə görə həbs edir? Bunun rəsmi şəkildə cavabı verilməlidir. Özü də yumuşaq, yox sərt şəkildə... Əks tədbirlərlə buna ciddi adekvat məsələlər irəli sürülməlidir. Bu məsələ ilə bağlı Rusiya hökümətini birbaşa xəbərdar etmək lazımdır. Bu, nə deməkdir? Bu, nə biabırçılıqdır? Rusiya, sən əgər Qarabağı Azərbaycanın suveren ərazisi hesab edirsənsə, burda nə qanun pozuntusu ola bilər? Rusiya əgər bunu təmin eləməsə, Azərbaycan tərəfi birbaşa adekvat addımlar atmalıdır. Mən hesab edirəm ki, buna çox ciddi hazırlaşılmalıdır və hansı ərazimizdə Azərbaycan əsgəri girov götürülübsə, həmin ərazidə bütün erməni hərbi qulluqçuları girov götürülməlidir. Bu, düşmən hiyləsidir, Azərbaycanın müqəddəratıdır. Belə şeylərdə humanizm işləmir”.
Nuranə Daxilqızı
















