• Bakı 7° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

“TÜRK PA xətti ilə bir çox işlərin görülməsinə başlanılıb” - DEPUTAT

SİYASƏT

30 Sentyabr 2021 | 10:43

“TÜRK PA xətti ilə bir çox işlərin görülməsinə başlanılıb” - DEPUTAT

Sentyabrın 28-də Qazaxıstanın Türküstan şəhərində keçirilmiş TÜRKPA-nın 10-cu plenar iclasının yekunlarına dair mətbuat konfransında Azərbaycan parlamentinin sədri Sahibə Qafarova çıxışı zamanı Türküstan Bəyannaməsinin qəbul edildiyini bildirib.

Spiker Sahibə Qafarova məlumat verib ki, Bəyannamədə Türk dünyasına aid bir çox önəmli məsələlər, o cümlədən Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünü bərpa etməsi kimi mühüm məsələ öz əksini tapıb.

Millət vəkili Vüqar İsgəndərov Bakıvaxtı.az-a bildirib ki, Bəyannamədə Türk dünyasına aid bir çox vacib məsələlər, o cümlədən Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması qeyd olunub:

“Qeyd etmək lazımdır ki, TÜRK PA xətti ilə bir çox işlərin görülməsinə başlanılıb və Azərbaycan Türkiyə ilə birlikdə bu təşkilatın güclənməsinə çalışır. Digər qardaş türk dövlətlərimizlə də həm Azərbaycanda, Qazaxıstanda, Türkiyədə və digər ölkələrin tədbirlərində birgə iştirak edirik və həmişə çalışırıq ki, Türk dünyasının arasında olan bu tellər daha da möhkəmlənsin. Bu tellərin daim bir-birinə bağlı olması, münasibətləri yüksək səviyyəyə çatdırmaq üçün TÜRK PA-nın rolu əlbəttə ki, əvəzsizdir. Bu təşkilat həm mədəni irsimizi, ümumi Türk dəyərlərini, Türk dövlətlərinin birləşməsini, iqtisadi əməkdaşlıq istiqamətində çox işlər görməyə çalışır. Mədəni tədbirlərin təşkil edilməsi də bu məsələdə çox önəmlidir. Bir də unutmayaq ki, 44 günlük Vətən müharibəmiz dönəmində bu təşkilat Azərbaycana dəstək göstərib. Bununla da həm də beynəlxalq hüququ, onun prinsiplərini dəstəkləyib. Ona görə də düşünürəm ki, bu təşkilatın gələcək perspektivləri böyükdür və Qazaxıstandakı çıxışı zamanı hörmətli spikerimiz bu fikirləri söylədi, Azərbaycanın bu təşkilata verdiyi töhvədən danışdı və bu təşkilatın daha da güclənəcəyinə inandığını bildirdi”.

Nuranə Daxilqızı

 

 


“TÜRK PA xətti ilə bir çox işlərin görülməsinə başlanılıb” - DEPUTAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR