q
  • Bakı 17° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Rusiya da müharibənin bitməsinin tərəfdarıdır, amma dayandıra bilmir - AÇIQLAMA

SİYASƏT

08 May 2026 | 16:09

Rusiya da müharibənin bitməsinin tərəfdarıdır, amma dayandıra bilmir - AÇIQLAMA

“Rusiya artıq başa düşür ki, Ukrayna ilə bağlı məsələ tam dalana dirənməkdədir. Bu iki ölkə arasındakı danışıqlar ancaq hərbi əsirlərin qaytarılması ilə bağlıdır. İkinci bir məsələyə dair hələ ki, danışıqlar getmir”.

Bu barədə politoloq Samir Hümbətov Yaxın Şərqdə baş verən gərginlik fonunda Rusiya-Ukrayna danışıqlarının arxa plana keçməsini Bakıvaxtı.az-a şərh edərkən bildirib.

O qeyd edib ki, ABŞ ilə İran arasında gərginlik yarandıqdan sonra Rusiya-Ukrayna məsələsi demək olar müzakirə predmeti belə olmur:

“Bu mövzu ətrafında fikir mübadiləsi aparılsa belə, müsbət nəticə vermir. Əslində, Rusiya da müharibənin bitməsinin tərəfdarıdır. Amma müharibəni dayandıra bilmir. Ona görə ki, Rusiya cəmiyyətində “Niyə bu müharibə baş verdi, niyə 4 ildə Rusiya Ukraynada 20 faizə qədər ərazi əldə edə bilib” kimi  suallar ortaya çıxır. Bu mənada Rusiyanın vəziyyəti gərgindir”.

Poltoloq hesab edir ki, Rusiyada iqtisadi durum da çox gərgindir:

“Üstəgəl, Avropa açıq şəkildə Kiyevə yardım göstərir. Macarıstanın yeni hökuməti Ukraynaya 90 milyard dollarlıq yardım paketini qəbul etdi. Bu o deməkdir ki, yaxın zamanlarda Ukraynaya yeni silahların göndərilməsi və müdafiə sistemləri ilə təmin olunması baş tuta bilər. Ukrayna son 1 ay ərzində 400 kvadrat kilometr ərazisini işğaldan azad edib. Yəni Ukraynanın Rusiyaya əks-hücumu başlaya bilər”.

Samir Hümbətov: Tərəflər arasında effektiv nəticə verə biləcək danışıqların aparılması gözlənilmir

S.Hümbətov diqqətə çatdırıb ki, Ukraynanın yeni texnoloji imkanlardan istifadə etməsi, dron texnologiyasını tətbiq etməsi müharibənin formasını dəyişməyə başlayıb:

“Bu mənada Rusiya ciddi problemlər yaşayır. Çünki Rusiyaya dəstək verən İran öz dron istehsalını daha çox daxili tələbatına yönəldib. Moskvaya bu dəstəyi göstərə bilmir. Hesab edirəm ki, bundan sonra da tərəflər arasında effektiv nəticə verə biləcək danışıqların aparılması gözlənilmir. Müharibə uzun müddət davam edəcək”.

Müsahibimizin dediyinə görə, Ukrayna prezidenti Volodimir Zelenski Bakıda səfərdə olarkən, danışıqların Azərbaycanda keçirilməsi ilə bağlı mesajlar versə belə, bunun üçün beynəlxalq vasitəçilərin də prosesdə iştirakı zəruridir. Buna nə ABŞ-nin mövqeyi, nə Avropanın istəkləri, nə də Çinin Rusiya üzərindəki maraqları imkan verir:

“Bir sözlə, müharibə uzun müddət davam edə bilər”.

Aydın Baxış


SON XƏBƏRLƏR