• Bakı 18° C

    4.98 m/s

  • USD - 1.7

    EUR - 1.859

    RUB - 0.0176

Rusiya Ermənistanı əldən vermək istəmir: Qərb Paşinyana hansı tapşırıqlar verdi?

SİYASƏT

23 Fevral 2024 | 09:51

Rusiya Ermənistanı əldən vermək istəmir: Qərb Paşinyana hansı tapşırıqlar verdi?

Münhen Təhlükəsizlik Konfransında iştirak edən Nikol Paşinyana Rusiya ilə əlaqələrin tamamilə qoparılması tapşırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu iddia ilə Ermənistan mediası çıxış edib. Erməni mətbuatı yazıb ki, Qərb nümayəndələri Nikol Paşinyana bir sıra vədlər veriblər:

“Almaniyada Paşinyana tapşırıblar ki, Rusiya ilə arasındakı əlaqələri tamamilə dayandırsın, Moskvanın regiondan sıxışdırılmasına dəstək versin”.

İddiaya görə, Qərb sadəcə bu tələblərin yerinə yetiriləcəyi halda Ermənistanı Azərbaycana qarşı müdafiə edəcəyini və Bakını dəhliz hədəfindən yayındırmağa çalışacağını bildirib. Hətta baş nazirin erməni icması ilə görüşündə Ermənistanın Ukrayna məsələsində Rusiya ilə mövqeyinin fərqli olduğunu təkrar vurğulamasının arxasında bu məsələnin dayandığı qeyd edilir.

Ünumən, son günlərdə Ermənistanda yeni anti-Rusiya əhvali-ruhiyyəsi formalaşır. “Hraparak” nəşri yazıb ki, proses baş nazir Nikol Paşinyanın Münhen səfərindən sonra daha da güclənib. İddiaya görə, Ermənistan hakimiyyəti Qərbin tələbləri ilə bu addımı atır.

Qeyd edək ki, Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında demişdi ki, Ermənistan Ukraynadakı müharibədə Rusiyanın müttəfiqi deyil. Baş nazir Rusiyanın Ukraynada işğalçı müharibə apardığını təsdiqləmişdi.

Siyasi şərhçi Fuad Abbasov Bakıvaxtı.az-a bildirib ki, Moskva Paşinyanın anti-rus davranışlarını fürsət bilərək Ermənistandakı tərəfdarlarını hərəkətə keçirir:

"Mitinq və aksiya çağırışları ilə yanaşı, Rusiyanın nəzarətində olan nəşrlər hökumətin siyasətini və baş naziri ermənilərin gözündən salmağa çalışırlar. Rusiya Ermənistan hökuməti ilə bağlı siyasətini hələlik bu cür aparır”.

Onun sözlərinə görə, Ermənistan baş naziri də Mixail Saakaşvilinin taleyini yaşaya bilər:

Fuad Abbasov: Paşinyan Qərbə daha çox meyl etdiyi üçün Kremlin narazılığını artırır

“Rusiya özünü təsdiqləmiş bu metoddan istifadə etməklə Ermənistanda hakimiyyəti devirə bilər. Ancaq buna baxmayaraq, Moskva-İrəvan münasibətlərinin həddindən artıq kəskin olduğunu demək olmaz. Kreml İrəvana güclü təzyiq rıçaqlarına sahibdir. Məhz o səbəbdən Nikol Paşinyan Rusiyadan tamamilə üz döndərmir. Hələlik Qərblə Rusiya arasında "balanslaşdırılmış siyasət" aparmağa cəhd göstərir”.

F.Abbasov bildirib ki, ancaq Qərbə daha çox meyl etdiyi üçün Kremlin narazılığını artırır:

“Təbii ki, bu narazılığın çoxalması Paşinyan üçün risklidir. Nəzərə alınmalıdır ki, Rusiya Ermənistanın əldən çıxmasına heç vaxt razı olmaz".

Aydın Baxış


SON XƏBƏRLƏR