• Bakı 18° C

    5.98 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

"Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib" - Putin

SİYASƏT

25 May 2023 | 22:50

Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib - Putin

"Rusiya Laçın dəhlizi ilə bağlı mövqeyini heç vaxt dəyişməyib və bu, Moskva, İrəvan və Bakı arasında üçtərəfli sazişlərdə öz əksini tapıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşündə deyib.

“O ki qaldı Dağlıq Qarabağ nizamlanması ilə bağlı həssas məsələlərə.. Bizim hələ də nəqliyyat əlaqələrinin açılması məsələləri ilə bağlı üçtərəfli formatda danışmaq imkanımız olacaq. Məsələlər çox mühüm və həssasdır, əminəm ki, əgər biz bütün çətinliklərə baxmayaraq, son nəticədə bu məsələlərin həllinə nail olsaq, bu,hər iki ölkənin xeyrinə olacaq" - deyə Putin bildirib. O əlavə edib ki, bir çox dövlətlər bu vəziyyətin həllində maraqlıdır və bu, ərazidə yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi baxımından bütün vektorlarda, o cümlədən siyasi sahədə normallaşmaya kömək edəcək.


SON XƏBƏRLƏR