• Bakı 20° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 0.0184

Rusiya Mərkəzi Bankı: Gələn ay faiz dərəcələri arta bilər

İQTİSADİYYAT

20 Iyun 2024 | 17:06

Rusiya Mərkəzi Bankı: Gələn ay faiz dərəcələri arta bilər

Rusiya Mərkəzi Bankı iyul ayında keçiriləcək iclasında siyasət faizini əhəmiyyətli dərəcədə artıra bilər.

Bakıvaxtı.az "Qazeta"ya istinadən xəbər verir ki, bu, Rusiya Mərkəzi Bankının ölkə iqtisadiyyatında mövcud vəziyyətin qiymətləndirilməsi ilə bağlı dərc etdiyi hesabatda yer alıb.

Hesabatda qiymət artımına təkan verən əsas amilin istehlak tələbinin təklif imkanları ilə müqayisədə yüksək olması göstərilib. Bu isə inflyasiya hədəfinə çatmaq üçün daha sərt maliyyə siyasətinə ehtiyac olmasına təkan verir. 

Rusiya Mərkəzi Bankının Maliyyə Siyasəti Departamentinin direktoru Kiril Tremasov verdiyi açıqlamada bankın iyulun 27-də keçiriləcək iclasında siyasət faiz dərəcəsini 100-200 baza bəndi artıra biləcəyini bildirib.

Qeyd edək ki, bank iyunun 7-də keçirdiyi son iclasında uçot dərəcəsini dəyişməyərək 16 faiz səviyyəsində saxlayıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR