• Bakı C

    12.25 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

Rusiya ordusu haqqında mifi dağıtdıq - Budanov

DÜNYA

30 Yanvar 2023 | 13:16

Rusiya ordusu haqqında mifi dağıtdıq - Budanov

"Ukraynalı müdafiəçilər Rusiya ordusunun "dünyada ikinci" olması barədə mifi dağıtdılar".

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki. bunu Polşanın “Wirtualna Polska” nəşrinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri köhnə silahları döyüş şəraitinə uyğunlaşdırır və yeni silahlardan istifadə etməyi öyrənir: "Bu, Silahlı Qüvvələrimizin unikallığıdır, lakin işğalçılar da vəziyyətə uyğunlaşırlar".

Rusiya ordusunun  "dünyanın ikinci ordusu" olması barədə deyilənlərə gəlincə, Budanov deyib ki, bu, bir mif idi: "Amma düşünürəm ki, biz ukraynalılar dünyaya "məğlubedilməz rus ordusu" haqqında hekayələri dağıtmağa kömək etdik. İngilislər dənizdə İspan donanmasını, böyük və yenilməz Armadanı məğlub etdilər. Beləliklə, biz də Rusiyanın "böyük və yenilməz" ordusunu məğlub edəcəyik".

Murad Məmmədli


SON XƏBƏRLƏR