• Bakı 14° C

    4.77 m/s

  • USD - 1.7

    EUR - 1.9328

    RUB - 2.0703

Rusiya səfirliyi: Britaniya qlobal Cənubun inkişafını ləngidir

DÜNYA

18 Dekabr 2024 | 10:33

Rusiya səfirliyi: Britaniya qlobal Cənubun inkişafını ləngidir

Londonun Rusiya ilə mübarizə bəhanəsi ilə tətbiq etdiyi sanksiyalar beynəlxalq ticarətə də xələl gətirəcək.

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Londondakı səfirliyi bəyanat yayıb.

Bəyanata əsasən, Böyük Britaniyanın müxtəlif ölkələrin neft tankerlərinə qarşı Rusiya ilə mübarizə bəhanəsi ilə tətbiq etdiyi sanksiyalar beynəlxalq ticarəti pozmaq və qlobal Cənubun inkişafını əngəlləmək məqsədi daşıyır. 

"Böyük Britaniyanın  bu yaxınlarda Afrika, Asiya, Karib hövzəsi, Mərkəzi Amerika və Sakit Okean ölkələrinin bayraqları ilə üzən neft tankerlərinə tətbiq etdiyi məhdudiyyətlər gülünc anti-Rusiya bəhanəsi ilə beynəlxalq ticarətə və qlobal Cənubun inkişafına mane olmaq üçün daha bir boş cəhddir. Bu sanksiyalar mal axınını dayandıra bilər, lakin qlobal enerji bazarının volatilliyini əhəmiyyətli dərəcədə artıra bilər", - bəyanatda qeyd olunub.

Gülşən Şərif


SON XƏBƏRLƏR

18 Aprel 2025