• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Rusiya sülh sazişinin imzalanmasına mane olur" 

SİYASƏT

20 Iyun 2023 | 12:40 | Müəllif: Qalib İbrahimoğlu

"Rusiya sülh sazişinin imzalanmasına mane olur"

"Rusiya Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olur".

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Onun sözlərinə görə, Rusiya baş nazirinin müavini Aleksey Overçukun danışıqlar platforması haqqında dedikləri bir neçə gün qabaq Rusiya XİN sözçüsü Mariya Zaxarovanın arqumentləri ilə üst-üstə düşür: "Mariya Zaxarova da baş nazirlərin müavinləri səviyyəsində işçi qrupunun fəaliyyətini yüksək qiymətləndirirdi. Ancaq sirr deyil ki, bugünədək danışıqların nəticə verməməsinin səbəbi Rusiyadır. Ümumiyyətlə, son üç yüz ildə Azərbaycanın başına gələn bəlaların mənbəyi Moskvadır. Kremlin şeytan barmağı daim Cənubi Qafqazdadır”.

Müsahibimiz qeyd edib ki, Rusiyanın "beşinci kolon"u da Azərbaycanda çox güclüdür. C.Nuriyev bildirib ki, Azərbaycan rəhbərliyi bunu bildiyi üçün balanslaşdırılmış siyasətlə Rusiyanın "velikorus" (böyük rus) şovinizmini bir növ zərərsizləşdirir: “Buna da çox uğurla nail oluruq. Təəssüf ki, Rusiya öz imperiya ambisiyalarından əl çəkə bilmir. Ukraynadakı uğursuzluqları Cənubi Qafqazdakı "uğurlar”la kompensasiya etməyə çalışır. Moskva hər vəchlə səy göstərir ki, regiondan çıxmasın və bölgədə qala bilsin. Xüsusən, Türkiyənin bölgədə olmasını qətiyyən istəmir”.

Cümşüd Nuriyev: Rusiya Ukraynadakı uğursuzluqları Cənubi Qafqazdakı "uğurlar”la kompensasiya etməyə çalışır

Politoloqa görə, Overçukun açıqlaması həm də o anlama gəlir ki, Rusiyanın icazəsi olmazsa, Ermənistan özbaşına heç bir sənədə imza atmayacaq, yəni sülh olmayacaq.

Cümşüd Nuriyev vurğulayıb ki, Kremlə görə, tərəflər Rusiyanın iştirak etdiyi üçtərəfli platformanı əsas götürməli və digər formullardan qaçmalıdlar: "Moskva açıq formada Vaşinqton və Brüssel formatlarını qəbul etmədiyini deyir. Halbuki, başqa bir qeyri-rəsmi üçlük - Moskva-Tehran-Paris platforması da çox "gözəl" işləyir. Bu üçbucağın məqsədi Azərbaycan-Türkiyə münasibətlərini gərgindləşdirmək və ölkəmizi dəstəksiz qoymaqdır. Ancaq Rusiya gecikib, qatar artıq gedib. Moskva Ukrayna və Qərbin təzyiqlərinə tab gətirə bilmir və məğlubiyyətə doğru gedir. O baxımdan Azərbaycan-Ermənistan arasında saziş gec-tez imzalanacaq".

Analitik onu da əlavə edib ki, Azərbaycanda son günlər ruspərəstlər aktivləşməyə başlayıblar: "Bakıda rus dili təhsili, rusdilli məsələsi yenidən aktuallaşıb. Bilən də, bilməyən də rus dilində danışmağa çalışır. Şəhərin mərkəzində "Rusiya Evi" açıblar və hər gün orada tədbirlər keçirilir. Nə qədər rusbaş var, hamısı ordadır. Rusiyanın Azərbaycana təzyiq formasından biri də budur".

Qeyd edək ki, Rusiya baş nazirinin müavini Aleksey Overçuk nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması və tərəflərin əldə etdiyi irəliləyiş Rusiyanın iştirakı ilə üçtərəfli platformada əldə olunub: "Baxmayaraq ki, avropalılar bunu qeyd etməyəcək. Amma danışıqlar üzrə tərəfdaşlarımız razılaşırlar ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq yaradılmış platforma ən böyük tərəqqinin əldə olunduğu yerdir. Bunu həm azərbaycanlılar, həm də ermənilər deyir. Həqiqətən də belədir. Baş nazir müavinlərinin üçtərəfli işçi qrupu formatından uzaqlaşmasının hamı üçün aşkar mənfi təsirləri olacaq".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026