• Bakı 25° C

    4.14 m/s

  • USD - 1.7

    EUR - 1.9357

    RUB - 2.0145

Ermənilər Ağdamda fortifikasiya qurğularını quraşdırmağa cəhd ediblər

SİYASƏT

19 Iyul 2023 | 09:26 | Müəllif: Qalib İbrahimoğlu

Ermənilər Ağdamda fortifikasiya qurğularını quraşdırmağa cəhd ediblər

İyulun 18-i saat 21:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən bildirilib.

Verilən məlumata görə, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Sentyabr 2026