Rusiya-Ukrayna müharibəsi qızğın formada davam edir. Qeyd edək ki, müharibə fevralın 24-də Rusiyanın Ukraynaya hücum etməsi ilə başlayıb.
Bir sıra politoloq və siyasi şəhçilər müharibə başlayan gündən savaşın çox uzun sürməyəcəyini qeyd edirdilər. Amma müharibə iki aya yaxındır ki, uzanır. Bəs Rusiya-Ukrayna müharibəsinin nəticəsi barədə ekstrasenslər nə deyir?
Ekstrasens Səbuhi Rəhimli Bakıvaxtı.az-a bildirib ki, müharibənin nəticəsi, Putinin nüvə silahından istifadə edib-etməyəcəyi ilə bağlı proqnozlar birbaşa iradə ilə bağlı olduğu üçün yalnış çıxa bilər:
“Mən 2021-ci ilin yekunlarına dair proqnoz verəndə bildirmişdim ki, Rusiya-Ukrayna müharibəsi olmayacaq. Amma əksi baş verdi. Çünki bu, tamamilə Putinin iradəsindən asılı olan məsələ idi. Bu, hesablama elmidir, görücülük deyil. Məsələyə vicdan, iradə qarışırsa, proqnozlar alt-üst olar. Buna görə də, mən qəti heç nə deyə bilmərəm”.

Maraqlıdır, ekstrasenslərin proqnoz qoya bilməyəcəyi məsələyə, bəs politoloqlar necə rəy bildirir?
“Siyasi ekspertlər müharibənin gedişatını izləyir. Məsələn, Sərdar Cəlaloğlu demişdi ki, Qarabağ müharibəsi başlayacaq, qalib olacağıq. Onda hamı gülmüşdü ki, otuz ildir, canımız çıxır, amma torpaqlarımızı ala bilmirik. Halbuki, doğrudan da sentyabrın 27-də müharibə başladı. İnsanlarda müşahidə texnologiyası da var. Politoloqlar müşahidə edirlər, oxşar hadisələrin metodikasını aparırlar və deyirlər ki, bu, belə ola bilər. Məntiqlə hesablayırlar ki, müharibə filan vaxt bitə bilər. Amma nə qədər araya məntiq də girsə, dəqiq proqnoz qoymaq olmur".
Nuranə Daxilqızı
















