• Bakı 16° C

    7.55 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” - İlham Əliyev

SİYASƏT

18 May 2022 | 12:56

“Litva ilə əməkdaşlığın səviyyəsindən məmnunuq” - İlham Əliyev

“Əminəm ki, səfəriniz ikitərəfli əlaqələrimizin inkişafına mühüm töhfə verəcəkdir. Biz əməkdaşlığımızın səviyyəsindən məmnunuq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, Litva Prezidentinin səfəri çərçivəsində bir sıra tədbirlər baş tutacaq ki, onların arasında biznes forum da var: “İşgüzar dairələrimiz arasında praktiki fəaliyyətlə bağlı qarşılıqlı böyük maraq var.

Əlbəttə, siyasi əlaqələrimiz, siyasi dialoq və regional vəziyyət bu gün müzakirə edəcəyimiz məsələlər sırasındadır və mən həqiqətən də şadam ki, biz Bakıda görüşmək imkanı əldə etmişik”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR