• Bakı 21° C

    4.9 m/s

  • USD - 1.7

    EUR - 1.9053

    RUB - 1.9948

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə görüşdü

SİYASƏT

16 Iyun 2022 | 19:27 | Müəllif: Subhan Mahmudov

Ceyhun Bayramov Blinkenin köməkçisi ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a bildirilib ki, görüşdə Azərbaycan və ABŞ arasında əməkdaşlıq gündəliyinin müxtəlif məsələləri, habelə regional vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə bölgədə mövcud olan vəziyyət, o cümlədən post-münaqişə mərhələsində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri, habelə Azərbaycan hökumətinin bölgədə münasibətlərin normallaşması və sülhün təmin edilməsi istiqamətində atdığı addımlar barədə məlumatlandırıb.

Karen Donfrid ABŞ-ın bölgədə sülh və sabitliyin təmin edilməsi səylərini dəstəklədiyini vurğulayıb.

Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran digər mövzular müzakirə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026