• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"İlham Əliyevin müşavirədəki çıxışı Ermənistana sərt xəbərdarlıqdır” - Deputat

SİYASƏT

16 Iyul 2022 | 10:13 | Müəllif: Qalib İbrahimoğlu

"İlham Əliyevin müşavirədəki çıxışı Ermənistana sərt xəbərdarlıqdır” - Deputat

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə dövlət başçımız ötən dövr ərzində respublikamızın daxili və xarici siyasətində baş verən hadisələr, həyata keçirilən layihələr və görülmüş işlər haqqında çox ətraflı məlumat verib. Eyni zamanda, qarşıdakı dövr üzrə də görüləcək işlər haqqında fikirlərini bildirərək, yol xəritəsini bildirib.

Deputat Məlahət İbrahimqızı Bakıvaxtı.az-a bildirib ki, Prezidendin çıxışının ən önəmli  məqamlardan biri postmüharibə dövründə  bölgədəki siyasi-iqtisadi durum, baş verən geosiyasi proseslər haqqında idi: "Məlumdur ki, 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Milli Ordumuz işğal altındakı torpaqlarımızı azad edərək, respublikamızın ərazi bütövlüyünü bərpa etdi və işğalçı dövlətin Baş naziri 2020-ci il 10 noyabr tarixində kapitultasiya müqaviləsinə imza atdı. Bununla bərabər, hər iki dövlət rəhbəri postmüharibə dövründə istər Moskva, istər Brussel görüşlərində bu iki ölkənin üzərlərinə götürdükləri öhdəlikləri əks etdirin müqaviləyə imza atdı. Bu müqaviləyə əsasən gələcəkdə bu iki xalqın sülh, əmin-amanlıq şəraitində yaşamaları üçün hər iki tərəf konkret işləri icra etməlidir. Daha dəqiq desək, imzalanmış bu sənədə əsasən sərhədlərin delimitasiyası, demarkasiyası gerçəkləşdirilməsi və sülh müqaviləsi  imzalanmalıdır. Çox təəssüf ki, Ermənistanın Baş naziri bu müqavilələrə imza atsa da, bugünədək konkret addımlar atılmayıb".

Deputat qeyd edib ki, beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və hörmət olunan Azərbaycan üzərinə götürdüyü öhdəliklərlə bağlı xüsusən,  sülh müqaviləsinin hazırlanması üçün işçi qrupunun yaradılması daxil xeyli işlər, görüb: "Fəxrlə deməliyik ki, bu müqavilədə əks olunmuş bütün məsələlər, xüsusən də sülh müqaviləsi ilə bağlı irəli sürülən təkliflər məhz cənab İlham Əliyev tətəfindən irəli sürülüb. Prezident də müşavirədə çıxışında məhz Ermənistanın Azərbaycan tərəfinin beynəlxalq hüquq norma və prinsipləri əsasında formalaşdırdığı təklifləri qəbul etməsinə baxmayaraq, hələ də, konkret addımlar atmadığını bildirib. Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə görüşəcəklər. Cənab Prezident çıxışında bu görüşdə konkret nəticələrin olacağına umidvar olduğunu və tezliklə Ermənistan tərəfinin də münasibətlərin normallaşması və öz öhdəliklərini yerinə yetirmələri üçün  işçi qrupunun  formalaşdıracağını bildirib".

M.İbrahimqızının sözlərinə görə, müharibədən 1 il 8 ay ötsə də, Ermənistan heç bir addım da atmayıb. Əlbəttə, Ermənistanda ictimai-siyasi-iqtisadi mühit və durum hədsiz dərəcədə ağırdır. Buna baxmayaraq bu ölkəni idarə edənlər birmənalı olaraq anlamalıdır ki, götürdükləri öhdəliklərini nə qədər gec yerinə yetirərsə, durumları daha da ağırlaşacaq. Yəni, ötən hər saniyə Ermənistanın ziyanınadır.

"Bildiyimiz kimi, 10 noyabr Bəyannaməsində Ermənistanın götürmüş olduğu öhdəliklərdən biri də erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır. Çox təəssüf ki,  indiyədək bu problem həll olunmayıbr. Prezident İlham Əliyev çıxında bu problemlə  bağlı dəfələrlə məsələ qaldırıldığını, Ermənistanın isə süni olaraq bunu uzatmasını bildirib. Dövlətimizin başçısı, eyni zamanda, Rusiyanın hərbi rəhbərliyi qarşısında dəfələrlə bu məsələni qaldırdığını, eləcə də, bir neçə ay bundan əvvəl Rusiyanın Müdafiə Nazirliyinin yüksək vəzifəli təmsilçilərinin Azərbaycandakı səfərlərinfə diqqətlərinə çatdırdığını, onların isə iyun ayına qədər erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılacağına söz verdiklərini bildirib. Çox təəssüf ki, hələ də bu məsələ öz həllini tapmayıb".

Deputat qeyd edib ki, Prezident çıxışında Ermənistanın 10 noyabr Bəyannaməsinə zidd olaraq bu öhdəliyi yerinə yetirməməsini, Rusiya sülhməramlılarının Ermənistanın dövlət rəhbərlərini  buna məcbur etməməsini və bunun  dözülməz vəziyyət olduğunu bildirib: "O, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalmasının, eləcə də qalib ölkə kimi ərazi bütövlüyümüzü bərpa etdiyimiz halda yeni təhlükələrin qəbuledilməz olduğunu bildirib. Dövlətimizin başçısı çıxışında Azərbaycan ərazisindən Ermənistanın öz silahlı birləşmələrini çıxarmadığı halda Azərbaycanın konkret və adekvat planının olduğu fikirlərini bildirib" deyən Məlahət İbrahmqızı hesab edir ki, Prezident İlham Əliyevin çıxışında səslənən bu mesajlar 10 noyabr Bəyannaməsinin kobudcasına pozan Ermənistan və Ermənistan rəhbərliyi üçün çox açıq, konkret, sərt xəbərdarlıqdır.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR