• Bakı 25° C

    15.6 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

“Ermənistan İlham Əliyevin son çıxışından dərs çıxarmalıdır”

SİYASƏT

15 Avqust 2022 | 10:13

“Ermənistan İlham Əliyevin son çıxışından dərs çıxarmalıdır”

“Erməni diasporu və lobbisi, ziyalıları, siyasətçiləri və rəsmi İrəvan Azərbaycan Prezidentinin son çıxışını diqqətlə oxuyub ciddi dərs çıxarmalıdır”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında millət vəkili Məlahət İbrahimqızı bildirib.

Deputat qeyd edib ki, məlum olduğu  kimi bu günlərdə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Ağsu və  İsmayıllı rayonlarında olub, bir sıra mühüm layihələrin açılışında iştirak edib:

“Ənənəyə çevrilmiş bu səfərlər zamanı  möhtərəm Prezidentimiz  bir tərəfdən bölgələrdə həyata keçirilən layihələrin vəziyyətilə tanış olur, yeni layihələrin təməli qoyulur, digər tərəfdən isə yekunlaşdırılmış layihələrin açılışını edir və rayon ictimaiyyəti ilə görüşür. Ağsu və İsmayıllı rayonlarında da dünyada baş verən ağır maliyyə-iqtisadi böhranı fonunda bu bölgənin sosial-iqtisadi inkişafı ilə bağlı xeyli işlərin görüldüyün bir daha şahidi oldu. Daha dəqiq desək, dünyada gedən iqtisadi böhranları, pandemiya, əlavə olaraq da Azərbaycanda əlavə olaraq Qarabağın quruculuğu kimi böyük maliyyətumlu layihələri də nəzərə alsaq, görülmüş və görüləcək işlərin əzəmətini bir daha dərk edirik. Bütün bunlar prezident İlham Əliyevin xslqına, millətinə və dövlətinə olan sonsuz məhəbbətindən irəli gəlir. Bildiyimiz kimi, İlham Əliyev hər səfərində ölkə ictimaiyyətinə görülmüş işlərlə bağlı çox geniş məlumat verir. Əslində bu müsahibəni hər zaman xalqına arxalanan və xalqı özünün dayağı adlandıran prezidentimizin hesabatı da adlandırmaq olar”.

M.İbrahimqızının sözlərinə görə, bu səfər çərçivəsində də o, dövlət televiziyasına verdiyi müsahibə ilə nəinki ölkədə icra edilən layihələr və həyata keçirilən dövlətin sosial-iqtisadi  proqramları haqqında məlumat verdi, eyni zamanda, dünyada yaşanan ərzaq böhranı haqqında, Azərbaycan xalqının bu böhranla bağlı heç bir çətinlik çəkməməsi üçün görülən önləyici dövlət proqramları, işğaldan azad olunan ərazilərimizdə görüləm işlər, eləcə də həm bölgəmizdə, həm də daha geniş coğrafiyada gedən geosiyasi proseslər haqqında çox ətraflı məlumat verdi:

“Xüsusilə də Müzəffər Ali Baş Komandan öz müsahibəsilə 44 günlük Vətən müharibəsindən sonra işğalçı və məğlub ölkə olan Ermənistanla münasibətlərin normallaşması ilə bağlı ictimaiyyəti düşündürən və narahat edən bütün suallara və narahatçılıqlara aydınlıq gətirdi. Belə ki, prezidentimiz bu ilin avqust ayının əvvəllərində erməni təxribatınin növbəti təxribatı nəticəsində Qarabağda baş vermiş qarşıdurmaya da öz münasibətini bildirdi. Müzəffər Ali Baş Komandan qeyd etdi ki, Ermənistanın son təxribatına qarşı həyata keçirilən “Qisas” əməliyyatı ilə nəinki erməni təxribatı zamanı həyatını itirmiş şəhidimizin qanını aldı, eyni zamanda, erməni tərəfinə bu əməliyyat ağır cəza və zərbə oldu. O, müsahibəsində qısa müddət ərzində davam edən “Qisas” əməliyyatını rəsmi Ermənistan üçün həm də dərs adlandırdı və qeyd etdi ki, əgər növbəti dəfə də buna bənzər təxribat törədilərsə, cavab eyni olacaq və heç bir qüvvə də buna mane ola bilməyəcək”.

Deputat qeyd edib ki, əslində “Qisas” əməliyyatı dövlətimizin bir daha artan gücünü, “Dəmur Yumruğ”un hər an hazır olduğunu və prezidentimizin yenilməzliyini bir daha işğalçı Ermənistana və onu dəstəkləyən qüvvələrə bir daha göstərdi:

“Möhtərəm Prezidentimiz bu müsahibəsində beynəlxalq səviyyəli erməni lobbiçilərinə, revanşistlərə və rəsmi Ermənistana çox ciddi mesajlar göndərirdi. Onun “İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq…” və ya “…Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik. Dəfələrlə Ermənistana xəbərdarlıq etmişdik ki, odla oynamasınlar, özlərini yaxşı aparsınlar, yeni reallıqları qəbul etsinlər və hərbi təxribatlara əl atmasınlar. Əfsuslar olsun ki, bu dəfə də onlara dərs verməli olduq. Ümid edirəm ki, bu dəfə bu dərs onların yaddaşında qalacaqdır.” fikirləri ermənilər üçün ən aydın və kəskin xəbərdalıqlardır”.

M.İbrahimqızı onu da qeyd edib ki, Müzəffər Ali Baş Komandanın müsahibəsində səslənən qətiyyətli və açıq fikirlər ictimaiyyətdə sonsuz rəğbət hissi yaradıb:

“Prezidentimizin  qətiyyətlə “…Bir daha demək istəyirəm, əgər yenə də, buna oxşar təxribat təkrarlanarsa, cavab daha da sərt olacaq, daha da peşman olacaqlar və bu əməliyyatları heç bir telefon zəngi də dayandıra bilməyəcək…” fikirləri hesab edirəm ki, təcavüzkar Ermənistanı uzun illər himayə edən bəzi beynəlxalq təşkilatların və bəzi dövlətlərin ünvanına yönəlib. Müsahibədə Qarabağda gedən quruculuq işləri, işğaldan azad edilmiş ərazilərdən, xüsusilə də Laçın şəhərindən, Zabux və Sus kəndlərindən Cenevrə konvensiyasına tam zidd olan xaricdən gətirilmiş qanunsuz məskunlaşmış ermənilərin qovulması, Zəngəzur dəhlizinin inşasının son durumu və bu dəhlizin gələcək perspektivləri və Rusiyanın sülhməramlılarının durumu və fəaliyyəti haqqında ətraflı məlumat verildi. Bu məlumatlar həqiqətən də hər bir azərbaycanlıda qürur hissi yaradır”.

Millət vəkili vurğulayıb ki, xüsusilə də son vaxtlarda ölkə ictimaiyyətini  narahat edən bəzi xarici mətbuatda və bəzi beynəlxalq təşkilatların təmsilçilərinin səsləndirdiyi Qarabağın “statusu” fikirlərinə Azərbaycan Prezidenti açıq və çox kəskin münasibət bildirib:

“Onun , “…Bu gün Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusu yoxdur. Belə cəhdlər olub, amma mən buna heç vaxt razılıq verməmişəm. Ermənistanın buna nə dəxli var. Bu, bizim daxili işimizdir. Bu gün danışıqlar masasında hər hansı bir statusdan, ümumiyyətlə, söhbət belə getmir…Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Başqa cür mümkün deyil. Yəni, biz real həyatda yaşayırıq. Həm iqtisadi, həm coğrafi, həm nəqliyyat nöqteyi-nəzərdən Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarix nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərdən tərkib hissəsidir…Qarabağda yaşaysn ermənilərin heç bir imtiyazı olmayacaq…Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə…”fikirləri isə bütövlükdə həm rəsmi Etmənistana, xüsusən də Qarabağ ermənilərinə konkret yol xəritəsidir. Yəni Qarabağda yaşayan ermənilər pezidentimizin bu çıxışındın özləri üçün dərs çıxarmalıdır. Bütövlükdə isə erməni diasporu və lobbisi, ziyalıları və siyasətçiləri və rəsmi İrəvan Azərbaycan Prezidentinin bu çıxışını diqqətlə oxuyub ciddi dərs çıxarmalıdırlar. Əks halda vaxtilə Azərbaycan xalqının tarixi vətən torpaqları üzərində qurulmuş qondarma Ermənistan dövləti özünü təcridə aparmaqla uçruma yuvarlanacaq”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

05 Iyul 2025