• Bakı 16° C

    3.12 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Əli Məsimlidən BƏDBİN PROQNOZ: Ərzaq böhranı...

SİYASƏT

17 Iyun 2022 | 11:37 | Müəllif: Qalib İbrahimoğlu

Əli Məsimlidən BƏDBİN PROQNOZ: Ərzaq böhranı...

“Beynəlxalq təşkilatlar adətən proseslərə operativ reaksiya verə bilmirlər və ərzaq böhranı ilə bağlı problem daha da kəskinləşəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında bildirib.

Deputat əlavə edib ki, Prezidentin IX Qlobal Bakı Forumunda çıxışı zamanı bu məsələyə toxunması təsadüfi deyildi: “Bu, bütün ölkələrə iki formada təsir edəcək: qıtlıq və qiymətlərin artması. Əgər ərzaq taxılını biz nəzərə alsaq, ilk növbədə bir ölkədən idxal asılılığını zəiflətməliyik. İdxal istiqamətlərini şaxələndirmək vacibdir".

Onun sözlərinə görə, xaricdən alınan məhsulların böyük hissəsini Azərbaycanın özünün istehsal etmək potensialı var.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026