• Bakı 17° C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Rusiya Ukraynanı dağıdıb, sonra da müflis ölkə adlandırır - Politoloq

 

DÜNYA

15 Avqust 2022 | 11:39

Rusiya Ukraynanı dağıdıb, sonra da müflis ölkə adlandırır - Politoloq 

“Rusiya Ukraynanın ərazisinə daxil olub, dağıdıb, bir yandan da ölkəni müflis adlandırır”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

Ekspert qeyd edib ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ukraynanı müflis dövlət adlandırıb:

Onun sözlərinə görə, Volodin Ukraynanın müflis olduğunu, Kiyevin vətəndaşlar qarşısında sosial öhdəlikləri yerinə yetirə bilmədiyini qeyd edib: Dumanın sədri qeyd edib ki, Ukrayna büdcəsinin cəmi 40 faizi vergilərdən toplanır, aylıq defisit 5 milyard dollardır. Ukrayna büdcəsinin 60 faizi hərbi xərclərə yönəlib. ABŞ-ın dəstəyi olmadan Ukrayna heç nə edə bilməz. Ukrayna maliyyə müstəqilliyini itirib.

"Deməli, qonşu ölkənin ərazisinə soxul, şəhər, qəsəbə, kəndləri, o cümlədən zavod və fabrikləri dağıt, minlərlə insanı qətlə yetir, sonda da de ki, “bu ölkə vətəndaşlarına baxa bilmir”. Əslində Volodini narahat edən odur ki, “müflis olan dövlət” necə olur, hələ də Rusiyaya müqavimət göstərir, əks-hücumlar həyata keçirir və imkan vermir ki, işğalı bitirək?”, - deyə Elxan Şahinoğlu qeyd edib.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR