Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar Azərbaycana başsağlığı verib.
Bakıvaxtı.az xəbər verir ki, Ersin Tatar bu barədə öz rəsmi tviter hesabında paylaşım edib.
“Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma zamanı həyatını itirən Azərbaycan ordusunun qəhrəman şəhidlərinə Allahdan rəhmət, ailələri və yaxınlarına səbr, qardaş Azərbaycan xalqına isə başsağlığı diləyirəm”, - deyə Tatar paylaşımında qeyd edib.
















