• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiya Xersona yeni diviziya yerləşdirdi

DÜNYA

30 Noyabr 2023 | 13:34

Rusiya Xersona yeni diviziya yerləşdirdi

Rusiya hava-kəşfiyyat qoşunları Ukraynada ilk dəfə olaraq yeni yaradılmış 104-cü Qvardiya hava-desant diviziyasını yerləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat hesabatında deyilir.

Məlumata görə, bu diviziya Xerson vilayətində cəmləşəcək:

“Rusiyanın müdafiə naziri Şoyqu bu ilin avqustunda diviziyanın bərpası barədə bildirmişdi. Diviziyanın tabeliyində olan bölmələrə, ehtimal ki, 337-ci alay, əlavə manevr alayı və 52-ci artilleriya briqadası daxildir. Nəticə etibarı ilə Rusiya ordusunda indi beş diviziya var. Lakin onlar zəif təlim keçib və Rusiya hava-desant qüvvələrinin əvvəlki elitar standartlarına cavab vermir”.


SON XƏBƏRLƏR

26 Iyul 2024