• Bakı 20° C

    8.64 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Rusiya XİN: Putin Zelenskiyə təhlükəsizlik zəmanəti verib

SİYASƏT

13 Sentyabr 2025 | 17:01

Rusiya XİN: Putin Zelenskiyə təhlükəsizlik zəmanəti verib

Rusiya Prezidenti Vladimir Putin ukraynalı həmkarı Volodimir Zelenskiyə Moskvaya səfər edəcəyi halda ən yüksək səviyyədə təhlükəsizlik zəmanəti verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik TASS-a müsahibəsində deyib.

O bildirib ki, Ukrayna liderinin Moskvaya getməkdən imtinası onun sülh danışıqlarına maraqlı olmadığını göstərir:

“Volodimir Zelenski razılığa gəlmək istəmir. O, müxtəlif bəyanatlar səsləndirə bilər, amma hamı bilir ki, Vladimir Putinin verdiyi zəmanətlər dünyada mövcud olan ən güclü zəmanətlərdən biridir və Zelenskinin də buna inanmamaq üçün səbəbi yoxdur".


SON XƏBƏRLƏR