• Bakı 15° C

    11.22 m/s

  • USD - 1.7

    EUR - 1.8114

    RUB - 0.0183

Rusiyadan Ermənistana SƏRT XƏBƏRDARLIQ: Ciddi nəticələr olacaq

DÜNYA

28 Mart 2023 | 14:16

Rusiyadan Ermənistana SƏRT XƏBƏRDARLIQ: Ciddi nəticələr olacaq

Ermənistan Rusiya prezidenti Vladimir Putinin həbsi ilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) qərarına əməl etsə, “ciddi nəticələr” olacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu, Rusiyanın Ermənistana xəbərdarlığında yer alıb.

Qeyd edək ki, Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Rusiya prezidenti Putinin Ukraynadakı hərəkətlərinə görə həbs olunması qərarı verib.

Rusiya ilə möhkəm əlaqələri olan Ermənistan da son vaxtlar Beynəlxalq Cinayət Məhkəməsinin tərəflərindən birinə çevrilməyə çalışır. Ermənistan Ali Məhkəməsi Roma müqaviləsini təsdiqlədiyi halda, parlamentin müqaviləni qəbul edəcəyi gözlənilir.

Bu səbəbdən Ermənistanda Beynəlxalq Cinayət Məhkəməsinin qərarı qüvvədə olsa, Putinin Ermənistana getdiyi zaman həbsi gündəmə gəlib.

RİA xəbər agentliyinin məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi belə bir vəziyyətin “qəbuledilməz” olduğunu bəyan edib. Bildirilib ki, Rusiya Ermənistana bunun “son dərəcə mənfi nəticələri” ilə bağlı xəbərdarlıq edib.

Ermənistan hələlik məsələyə münasibət bildirməsə də, bu ehtimalın Putinin Ermənistana səfərinin qarşısını ala biləcəyi bildirilib.

Ay Tac


SON XƏBƏRLƏR

01 May 2024