• Bakı 12° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Mikolayevi vurdu: 1 ölü, 23 yaralı

DÜNYA

27 Aprel 2023 | 13:35

Rusiya Mikolayevi vurdu: 1 ölü, 23 yaralı

Rusiya Ukraynaya hücumlarını davam etdirir.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki,  gecə saatlarında Rusiya ordusu Nikolayev şəhərinə raket hücumları həyata keçirib.

Ukrayna Ordusunun Cənub Əməliyyat Komandanlığından verilən açıqlamada ümumilikdə 4 raket atıldığı bildirilir. Məlumata görə, koordinatlara əsaslanan yüksək dəqiqlikli raketlər dinc əhaliyə qarşı terror aktının açıq göstəricisidir. Son məlumata görə, bir mülki vətəndaş həlak olub, biri uşaq olmaqla 23 nəfər yaralanıb.

Raketlərin vurduğu binalarda başlayan yanğın qrupların müdaxiləsindən sonra söndürülüb.

Hücum zamanı bir bina tamamilə dağılıb, bir tarixi bina və bir mənzilə ciddi ziyan dəyib.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026