ABŞ-ın ən işlək limanlarından birində özü idarə edən küçə süpürgəçiləri işə başlayıb. Avtonom avtomobillər dayanacaqları, anbarları və qarajları təmizləyəcək.
Bakıvaxtı.az xəbər verir ki, Avtonom avtomobil ABŞ-ın Nyu-York və Nyu Cersi limanlarında iki həftə işləyəcək.
Liman rəsmiləri avtonom avtomobilin xərcləri azaldacağını bildiriblər. Hər bir küçə süpürgəçisinin dəyəri 450 min dollardır və təxminən 1500 kilo yaş və quru zibil daşıya bilir. Robot avtomobil saatda 4 kilometr sürətlə hərəkət edir və istifadə etdiyi lidar sensorları ilə maneələri keçə bilir.
Liman səlahiyyətliləri avtonom süpürgəçilərin limanlar kimi qapalı və nəzarət olunan sənaye ərazilərində istifadəsinin təhlükəsiz olub-olmadığını sınaqdan keçirir.
Ay Tac
















