• Bakı 18° C

    3.2 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

General döyüldü

DÜNYA

26 Iyun 2023 | 01:00 | Müəllif: Subhan Mahmudov

General döyüldü

Ukraynanın bir qrup əks-kəşfiyyat əməkdaşı Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) generalı Viktor Mikulini döyüb.

Bakıvaxtı.az bildirir ki, hadisə Ujqoroddakı "Üç tuz" restoranında baş verib.

Bildirilir ki, UTX-nin Mukaçevo əks-kəşfiyyat idarəsinin rəisi Andrey Panarin tabeliyində olan şəxslərlə birlikdə spirtli içki qəbul edib və özünü səs-küylü aparıb. Öz növbəsində, qurumda xalq deputatının köməkçisi ilə görüş keçirən Mikulin onlara irad bildirib. Cavab olaraq həmin şəxslər onu vurmağa başlayıblar, daha sonra meşəyə aparıblar və orada mobil telefonunu əlindən alıblar və dişini qıraraq döyməyə davam ediblər.

Hazırda hücum edən şəxslər saxlanılaraq istintaq təcridxanasındadırlar, barələrində "xuliqanlıq" maddəsi ilə cinayət işi açılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Sentyabr 2026