Avstraliya hökuməti Ukraynaya 73,4 milyon dollarlıq yeni maliyyə yardımı paketini elan edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avstraliya Baş naziri Antonio Albaneze məlumat verib.
O qeyd edib ki, Avstraliya Ukraynaya hərbi yardım göstərmək üçün beynəlxalq tərəfdaşlarına 73,4 milyon ABŞ dolları göndərəcək.
"Ukrayna Avstraliyanın dəstəyinə güvənə bilər", - baş nazir deyib.
Bildirilib ki, vəsait hərbi nəqliyyat vasitələrinin və sursatların alınmasına sərf ediləcək.



jpg-1690353114.webp)












