• Bakı 19° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Rusiyanın itkiləri artır: Ukrayna ŞOK RƏQƏMLƏRİ AÇIQLADI

DÜNYA

26 Iyul 2023 | 09:42 | Müəllif: Qalib İbrahimoğlu

Rusiyanın itkiləri artır: Ukrayna ŞOK RƏQƏMLƏRİ AÇIQLADI

Ötən sutka ərzində ukraynalı müdafiəçilər 20-dən çox Rusiya artilleriyasını, 16 pilotsuz təyyarəsini və bir Ka-52 helikopterini məhv edib.

Bakıvaxtı.az UNİAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.

Məlumata görə, Rusiya Silahlı Qüvvələri genişmiqyaslı işğal başlayandan 243 min 680 nəfər itki verib. Təkcə son sutka ərzində 460 nəfər məhv edilib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin Ukraynada 4 min 177 tank, 8 min 136 zirehli döyüş maşını, 4 min 727 artilleriya sistemi, 457 hava hücumundan müdafiə sistemi, 311 helikopter, 3993 əməliyyat-taktiki pilotsuz uçan aparat, 7 min 211 ədəd avtomobil avadanlığı və tanker, 708 ədəd xüsusi texnikası məhv edilib.

Ukrayna qoşunları tərəfindən qarşı tərəfin məhv edilən təyyarələrinin sayı gün ərzində dəyişməyib - cəmi 315, reaktiv yaylım atəşi sistemləri - 698, qanadlı raketlər - 1307, həmçinin gəmi və qayıqlar - 18.

Murad Məmmədli


Rusiyanın itkiləri artır: Ukrayna ŞOK RƏQƏMLƏRİ AÇIQLADI
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Oktyabr 2026