• Bakı 7° C

    3.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

ABŞ tarixində İLK: Tramp həbs olundu və... - FOTO

DÜNYA

25 Avqust 2023 | 09:09 | Müəllif: Subhan Mahmudov

ABŞ tarixində İLK: Tramp həbs olundu və... - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp növdəti dəfə gündəmə düşüb.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ tarixində rəsmi olaraq həbs edilən ilk eks-prezident olub.

Corciyada seçkiyə müdaxilədə ittiham olunan Trampın növbəti məhkəmə prosesi keçirilib.

Tramp Atlanta həbsxanasına aparılıb, onun barmaq izi alınıb, pasportunun fotoşəkili çəkilib və foto ictimaiyyətlə paylaşılıb.

Fotoda gülümsəməyən eks-prezident  ciddi ifadəsi və çatılmış qaşları ilə düz kameraya baxır.

20 dəqiqədən sonra isə Tramp 200 min dollar müqabilində mühakimə olunana qədər sərbəst buraxılıb.

Şəxsi təyyarəsinə minməzdən əvvəl mətbuata açıqlama verən Donald Tramp seçkinin nəticələrinin əleyhinə olduğunu bəyan edib. 

“Bu iddialar ədalətə ziddir. Bizim günahımız yoxdur, mən heç nə etməmişəm. Bunu hamı bilir və çoxlu dəstək var”, - deyə Tramp vurğulayıb.

“İş açanların əsasən seçkilərə müdaxilə etdiyini” deyən Tramp saxta hesab etdiyi seçkiləri tənqid etmək hüququnu müdafiə edib.

Murad Məmmədli

 


ABŞ tarixində İLK: Tramp həbs olundu və... - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026