• Bakı 12° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Qonşu ölkədə TƏHLÜKƏ: Yoluxanların sayı 10 min nəfəri ötüb

DÜNYA

25 Avqust 2023 | 08:46 | Müəllif: Subhan Mahmudov

Qonşu ölkədə TƏHLÜKƏ: Yoluxanların sayı 10 min nəfəri ötüb

Bu ilin yanvarın 1-dən avqustun 22-dək Gürcüstanda 400 nəfər HİV virusuna yoluxub.

Bakıvaxtı.az bildirir ki, bu barədə Gürcüstanın QİÇS və İnfeksion Patologiya, Kliniki İmmunologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, cari il avqustun 22-nə olan statistikaya əsasən, hazırda Mərkəzdə 10 min 170 HİV xəstəsi qeydiyyatdadır. Onlardan 7604 nəfəri kişilər, 2566-sı isə qadınlardır. Xəstələrin böyük əksəriyyəti 29-39 yaş arasında olan insanlardır.

Ən çox xəstə paytaxt Tbilisidədir -3830 nəfər. Onların da 100 nəfəri xarici ölkə vətəndaşıdır.

Bu il 96 HİV xəstəsi ölüb. Onların da 74-ü kişi, 22-si isə qadındır. Ölkə üzrə 129 uşaq HİV-ə yoluxub, onların 76-sı oğlan, 53-ü qız uşağıdır.

QİÇS 4340 xəstə arasında inkişaf edib, 1734 nəfər dünyasını dəyişib. Hazırda 6284 nəfər müalicə olunur, onların da 41-i uşaqdır./azertac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026