• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna Gürcüstanın adını dəyişir

DÜNYA

27 May 2023 | 10:25

Ukrayna Gürcüstanın adını dəyişir

Ukrayna Ali Radasında Gürcüstanı rəsmi olaraq Sakartvelo adlandırmaq təklif olunub.

Bakıvaxtı.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, müvafiq qanun layihəsi Ukrayna parlamentinin saytında dərc edilib.

“Qanun layihəsinin məqsədinə çatmaq üçün Ukraynada rəsmi səviyyədə, rəsmi yazışmalarda və ünsiyyətdə, habelə kütləvi informasiya vasitələrində Gürcüstan əvəzinə rəsmi və tarixi adı – Sakartvelonun istifadəsinin tətbiqi təklif olunur. Müvafiq olaraq, gürcü xalqını (gürcüləri) kartvellər adlandırmaq”, - 9329 saylı qanun layihəsinin izahlı qeydində deyilir.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu addım Kiyev və Tbilisini yaxınlaşdıra, həmçinin ölkəni “ruslaşmış” adından xilas edə bilər.
Qeyd edək ki, Sakartvelo Gürcüstanın tarixi adıdır.

2018-ci il mayın 3-dən Gürcüstanın orijinal adı – Sakartvelo Litva dilinə daxil edilib. Bununla da Litva Gürcüstana münasibətdə “Sakartvelo” adını istifadə edən ilk ölkə olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026