"Ukrayna ilə danışıqlarda Rusiya nümayəndə heyətinin üzvü Leonid Slutski danışıqların bərpasını istisna etməyib, lakin bunun Kiyevdən asılı olduğunu müdafiə edir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasında LDPR fraksiyasının rəhbəri və LDPR partiyasının konfransında Ukrayna ilə danışıqlar qrupunun üzvü Leonid Slutski özü məlumat verib.
"İndi bizim danışıqlar prosesində aşağı profilimiz var. İstisna etmirəm ki, sağlam düşüncə qalib gələcək və danışıqlar prosesi bərpa olunacaq. Bu gün Kiyevdən danışıqlarda iştirak edənlərdən asılıdır".
Slutski bildirib ki, Ukrayna tərəfi müəyyən ümumi şərtlərlə razılaşıb, daha sonra danışıqlar zamanı geri çəkilib.
Nuranə Daxilqızı
















