• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

PKK liderlərindən biri məhv edildi

DÜNYA

19 Iyun 2022 | 14:58

PKK liderlərindən biri məhv edildi

Türkiyə Milli Təhlükəsizlik Təşkilatının keçirdiyi xüsusi antiterror əməliyyatı nəticəsində PKK terror təşkilatını idarə edən şəxslərdən daha biri "Fərhad Derik" ləqəbli terrorçu Hüseyn Şibli İraqın Süleymaniyyə şəhərində zərərsizləşdirilib.

Bakıvaxtı.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Hüseyn Şibli PKK-nın Kabildəki rəhbər şəxsləri tərəfindən terrorçuluq fəaliyyəti üçün İraqa yönləndirilib.

Əslən suriyalı olan terrorçu PKK rəhbəri Abdullah Öcalanın Suriyada olduğu dövrdə təşkilatın sıralarına daxil olub. Hələb, Gara və Kandildə terrorçuluq fəaliyyətləri göstərən Hüseyn Şibli 2019-cu ildə PKK-nın Suriya üzrə əsas simalarından biri olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026