• Bakı 25° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

İrandan ABŞ-a ÇAĞIRIŞ: "Razılaşmaya hazırıq"

DÜNYA

19 Iyul 2022 | 11:25

İrandan ABŞ-a ÇAĞIRIŞ: "Razılaşmaya hazırıq"

"İran nüvə danışıqlarında güclü və daimi razılaşmaya hazırdır, lakin ABŞ administrasiyası həqiqi şəkildə həll və razılaşmaya nail olmaq üçün addımlar atmalıdır".

Bakıvaxtı.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell ilə telefon danışığında deyib.

Nüvə müzakirələrində yaxşı bir razılaşmaya hazır olduqlarını qeyd edən Abdullahiyan, bildirib ki, İran hökumətinin yaxşı, güclü və qalıcı bir razılaşma əldə etmək iradəsində heç bir şübhə yoxdur.

XİN başçısı bildirib ki, Ağ Ev həddindən artıq tələb və şübhələrini bir kənara qoyub real şəkildə həll və razılığa gəlmək istiqamətində addımlar atmalı, sanksiyalara əl atmağı dayandırmalıdır. Bu gün Tehranda İran, Türkiyə və Rusiya liderləri arasında keçiriləcək üçtərəfli sammitə işarə edən Abdullahiyan ölkəsinin qlobal ərzaq və enerji təhlükəsizliyinə verdiyi önəmi vurğulayıb.

Nur


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026