• Bakı 22° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Öz Ayı olan yeni asteroid kəşf edildi

DÜNYA

18 Avqust 2022 | 10:04 | Müəllif: Subhan Mahmudov

Öz Ayı olan yeni asteroid kəşf edildi

NASA-nın “Lusi” missiyasının elmi qrupu troyan asteroidi “Polymela”nın öz təbii peyki olduğunu aşkar edib.

Bakıvaxtı.az xəbər verir ki, yeni kəşf bir ulduzun asteroid tərəfindən tutulması sayəsində edilib.

Tədqiqatçılar ulduz tutulması zamanı peşəkar və həvəskar astronomlardan ibarət 26 komandanın Yer kürəsinin müxtəlif nöqtələrindən apardıqları müşahidələrin məlumatlarını təhlil ediblər. Bu, yüksək dəqiqliklə asteroidin yerini, ölçüləri və formasını müəyyən etməyə imkan verib.

Bununla belə, ekspertlər qeyd ediblər ki, iki halda asteroiddən 200 kilometr aralıda yerləşən obyekt aşkar edilib və ehtimal ki, bu onun peykidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR