• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ukrayna daha bir şəhəri azad etdi

DÜNYA

17 Sentyabr 2022 | 09:20

Ukrayna daha bir şəhəri azad etdi

Ukrayna hərbçiləri Xarkov vilayətinin Kupyansk şəhərini tamamilə azad edib. Rusiya qoşunu şəhərin sol hissəsindən çıxarılıb.

Bakıvaxtı.az “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə KRAKEN (Ukraynanın könüllü hərbi birliyi, 24 fevral 2022-ci ildə, Rusiyanın Ukraynanya hücum etdiyi gün yaradılıb-red) hərbi bölməsinin komandiri Sergey Veliçko bildirib.

"Yaxşı əlaqələndirilmiş hərəkətlər nəticəsində KRAKEN bölüyü Oskol çayını uğurla keçdi və bu, qüvvələrimizə düşməni şəhərin sol sahilindən çıxarmağa imkan verdi", - Veliçko qeyd edib.

S.Veliçko əlavə edib ki, Oskolun sol sahilində Ukrayna hərbçilərinin əks-hücum əməliyyatı uğurla davam edir.

Qeyd edək ki, şəhərin bir qisminin azad olunması barədə ilk məlumat sentyabrın 10-da yayılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026