• Bakı 15° C

    3.75 m/s

  • USD - 1.7

    EUR - 1.8945

    RUB - 2.1118

Restoranda partlayış: 7 yaralı

DÜNYA

16 Oktyabr 2022 | 22:34 | Müəllif: Subhan Mahmudov

Restoranda partlayış: 7 yaralı

İspaniyanın Tarraqona şəhərində restoranda baş verən partlayış nəticəsində 2-si ağır olmaqla ümumilikdə 7 nəfər yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, İspaniyanın Tarraqona şəhərindəki yapon restoranında naməlum səbəblərdən partlayış baş verib. Partlayışın yerli vaxtla saat 16.00-da restoranın bağlandığı vaxt baş verdiyi, 2-si ağır olmaqla 7 nəfərin yaralandığı bildirilib.

Tarraqona meri Pau Rikoma verdiyi açıqlamada yaralananlar arasında yoldan keçən iki nəfərin də olduğunu bildirib: "Partlayışın nədən baş verdiyi bəlli deyil".
Yaralılar müalicə üçün xəstəxanaya aparılarkən, polis partlayışla əlaqədar araşdırma başlayıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Oktyabr 2026