İraqın Bağdad Beynəlxalq Hava Limanında güclü yanğın baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Əraziyə yanğınsöndürmək briqadaları yollanıb.
İlkin məlumata görə, yanğın aeroportun gözləmə zalında baş verib.
Təfərrüatlı məlumat verilmir.















